"Bu mesaj ABŞ-nin öz maraqlarının qorunması ilə bağlı atacağı addımdan və bu məsələdə nə dərəcədə qətiyyətli olacağından xəbər verən bir haldır. Bəlli məsələdir ki, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan müəyyən siyasi mərkəzlər, bəzi dövlətlər mümkün qədər çalışırlar ki, bu prosesin qarşısını alsınlar. Çünki zamanında cəhd edirdilər ki, özlərinə məxsus tərzdə bir layihə reallaşdırsınlar. İstər cənub, istər şimal tərəfdən olan qonşularımız bu məsələni daha çox öz maraqları kontekstində nəzərdən keçirirdilər."
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Allahverənov deyib.

O bildirib ki, bu gün müəyyən dövlətlər Zəngəzur dəhlizinin açılmasından çox, onun kim tərəfindən idarə olunması və istismar edilməsi məsələlərindən narahatdırlar:
"Zəngəzur dəhlizinin təhlükəsiz şəkildə idarə olunması bilavasitə ABŞ-ın məsuliyyətində olan məsələdirsə, ABŞ da bunu müxtəlif yollarla reallaşdırmaq iqtidarındadır və burada güc elementindən istifadə olunacağı artıq şübhə doğurmur. Çünki müxtəlif insayder mənbələrdən daxil olan məlumatlara görə, hətta əlavə kontingentin Ermənistana gətirilməsi dəhlizin təhlükəsiz idarə olunması ilə bağlıdır. Bu da de-fakto NATO-nun əsas üzvü olan ABŞ-ın bölgədə, Ermənistanda daha çox təsir imkanları əldə etməsi deməkdir".
Deputat deyib ki, NATO-nun bu formada demarşından narahat olan dövlətlər faktiki olaraq müxtəlif müstəvilərdə bu layihənin əleyhinə çıxırlar:
"Reallıq odur ki, bu, böyük bir layihənin həyata keçirilməsidir və qətiyyən hansısa dövlətlərin əleyhinə deyil. Təhlükəsizlik məsələsinə gəldikdə isə bu, Azərbaycanın da əsas şərtidir. Bu dəhlizdən keçəcək yüklərin və gələcəkdə sərnişinlərin təhlükəsizliyinə zəmanət verən ABŞ-dır. Bu günə qədər başqa heç bir dövlət bu zəmanəti verməyib.
Digər tərəfdən, Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz daşımaların təmin olunması baxımından önəmlidir. Beynəlxalq nəqliyyat dəhlizləri kontekstində də orta dəhlizin iki əsas seqmentindən biri şimal istiqamətində Tbilisi-Qars dəmir yolu ilə, digəri isə Zəngəzur dəhlizi ilə əlaqəlidir. Bu da Zəngəzur dəhlizinin beynəlxalq əhəmiyyətini sübut edir.
Layihənin əleyhinə çıxan dövlətlər, dəhlizin kim tərəfindən istismar olunmasından çox, ondan necə faydalana biləcəklərini düşünməlidir. Əks halda, əleyhinə çıxmaqla əslində təkcə bu layihəyə yox, ümumilikdə sərbəst hərəkətə qarşı çıxmış olurlar ki, bu da xoş niyyətdən xəbər vermir."
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuat konfransı zamanı Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana xəbərdarlıq xarakterli çıxış edib.
Əfsanə Kamal
Demokrat.az