"Məlumat sahəsində sərhədlər yoxdur. Qarşımızda olan əsas məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin etməkdir. Kibertəhlükəsizlik məsələlərinə gəldikdə isə bilirik ki, bunlar informasiya sahəsindən geridə qala bilməzlər".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov II Azərbaycan - Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" mövzusunda panel sessiyada çıxış edərkən deyib.
O bildirib ki, qarşıda olan əsas məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin etməkdir.
"İnformasiya təhlükəsizliyindən danışırıqsa, bu məsələ hazırda prioritet mövzulardan biridir. Auditoriyanı öyrətmək lazımdır ki, onlar məlumatla dezinformasiyanı ayıra bilsinlər.
İnformasiya təhlükəsizliyini təmin etmək baxımından qeyd etmək istərdim ki, bu sahədə əsas məsələ əhalinin maarifləndirilməsidir.
Bu istiqamətdə biz müxtəlif tədbirlər həyata keçiririk. Azərbaycanla Özbəkistan arasındakı mövcud tərəfdaşlıq çərçivəsində müxtəlif tədbirlər baş tutur və hesab edirəm ki, bu ənənəyə davam edəcəyik. İnformasiya dövründə tətbiq etdiyimiz üsullar tez-tez dəyişir. Buna görə də bizim sinergiyanı qorumaq üçün Özbəkistan kimi tərəfdaşlara ehtiyacımız var", - deyə Rasim Bağırov əlavə edib.