Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığı nizamlayan yol xəritəsi var.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli deyib.
O, Azərbaycan və Özbəkistan arasında media sahəsində ciddi əlaqələrin qurulduğunu vurğulayıb:
"Bizim hər iki ölkənin media sahəsində əməkdaşlığını nizamlayan yol xəritəmiz var. Bu yol xəritəsinə uyğun olaraq bir neçə ildir ki, silsilə tədbirlər həyata keçirilir. Bura forumların keçirilməsi, jurnalistlərin, eləcə də mətbuat katiblərinin təcrübə mübadiləsi, müxtəlif səfərlər və konfransların təşkili daxildir.
Bu tədbir Azərbaycanla Özbəkistan arasında keçirilən ikinci Media forumudur. Birinci forum Özbəkistanda baş tutmuşdu. Orada əsas mövzu dezinformasiyaya qarşı mübarizədə hər iki ölkə mediasının səylərinin birləşdirilməsi idi. Bu gün isə rəqəmsal transformasiya və media məsələsi müzakirə ediləcək. Tədbir hər iki ölkədən ekspertlər və beynəlxalq səviyyəli jurnalistlərin iştirak etdiyi iki panel sessiyadan ibarət olacaq".