Parlamentdə ictimai nəqliyyatda həssas təbəqələrə güzəşt təklif edildi

GÜNDƏM 30 sentyabr 2025, 12:42
"İctimai nəqliyyatda qiymətin artırılması iqtisadi cəhətdən əsaslandırıla bilər. Başqa yerlərdə ictimai nəqliyyatın qiyməti artırılanda mütləq imtiyazlı təbəqənin hansı formada bundan yararlanacağı qeyd olunur".
  
Demokrat.az Qaynarinfo-ya istinadən  xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, biz burada imtiyazlı təbəqənin problemini həllinə dair heç nə görümürük:
 
"Tələbələr və digər imtiyaza malik şəslərin durumu necə olacaq? Bu aşağılarda narazılığa səbəb olur. Hava limanında da taksi məsələsi hələ də problem olaraq qalır. Necə olur ki, Naxçıvandan bir nəfər 50-60 manat verib Bakıya gəlir, amma şəhərə gəlmək üçün taksi ondan 40-50 manat alır. Bununla bağlı Ombudsmanın da reaksiyaları var. Düşünürəm ki, məsələni diqqətdə saxlayıb onun həllinə nail olmaq lazımdır". 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 14:21
Top