Bakı aeroportunda taksi xidməti ilə bağlı yeni tarif siyasəti yenidən müzakirə yaradıb. Buna səbəb Ombudsman Aparatının apardığı monitorinq olub. Qurumdan bildirilib ki, taksi xidməti ilə bağlı qaydalar sərnişinlərin seçim imkanlarını məhdudlaşdırır, sürücülərə iqtisadi zərər vurur və rəqabət prinsiplərinə uyğun gəlmir.
Bu barədə Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, burada əsas məsələ məhkəmədir:
“Ombudsman Aparatının dediklərini bu günə kimi ekspertlər, o cümlədən şəxsən mən də bildirmişəm ki, bu rəqabət məcəlləsini və üstəlik konstitusiyanı pozur. Buna sadəcə Ombudsmanın müraciəti təsir edə bilər. Prinsipcə, bu qərarı qəbul etmiş şəxs özü onu dəyişməlidir. Əgər bunu etmirsə, bunun bircə yolu var. O da məhkəmədir. İndi bunu Ombudsman edəcək, ya da hər hansı digər bir şəxs ki, maraqlarına toxunur. Amma hər bir halda bu işə məhkəmə baxanda, ən azı Ombudsmanın da verdiyi rəyin burada müəyyən çəkisi olacaq. Yəni ki, bu qanun pozuntusudur. Ümid edirəm ki, Ombudsmanın müraciətindən sonra bu qayda dəyişəcək”.
Leyla Turan
Demokrat.az