İctimai nəqliyyatda qiymət artımı taksilərə təsir edəcəkmi? — Ekspertdən AÇIQLAMA

GÜNDƏM 30 sentyabr 2025, 15:27
"İctimai nəqliyyatın qiymətinin qalxması taksilərə ciddi təsir göstərməyəcək. Çünki bir neçə gün sonra vəziyyət normallaşacaq və taksilər əvvəlki qiymətlərlə fəaliyyətlərini davam etdirəcəklər. Burada əsas məqsəd xidmət səviyyəsinin yüksəldilməsindən çox, ümumi işlək prinsiplərin təmin edilməsidir".

Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində bir sıra işlər görülür:

"Xüsusilə avtobus parkının yenilənməsi və genişləndirilməsi sürətləndirilməlidir. Bununla yanaşı, müasir infrastruktur və reqlamentin tətbiqi də vacibdir. Nəticədə, nəqliyyat vasitələrinin hərəkətinin stabilləşdirilməsi və nəqliyyat axınının tənzimlənməsi təmin olunacaq. Bu yanaşma əhalinin rahat və demokratik hərəkət imkanlarını artırmağa xidmət edir".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 16:47
30 sentyabr 2025, 16:22
Top