"Azərbaycanda tibbi xidmətlər də istehlakçı hüquqları kontekstində qiymətləndirilir. Qanunvericilikdə, xüsusən də “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda və Mülki Məcəllədə xidmət müqaviləsinin şərtlərinə əməl olunmaması və ya keyfiyyətsiz xidmət göstərilməsi halında, istehlakçı — yəni pasiyent, ödənilmiş məbləğin geri qaytarılmasını və ya vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir".
Bunu Demokrat.az-a açıqlamasında vəkil Hüseyn İsmayılov deyib.
O, bildirib ki, burada vacib məqam var ki, tibb xidmətinin nəticəsi hər zaman “zəmanət verilən nəticə” kimi qiymətləndirilmir:
"Çünki tibbdə nəticə çox zaman xəstənin fərdi xüsusiyyətlərindən, tibbi risklərdən və gözlənilməz hallardan asılıdır. Ona görə də, yalnız həkimin və ya tibb müəssisəsinin səhvi, səhlənkarlığı və ya müqavilə öhdəliklərini pozması sübuta yetirilərsə, ödənişin geri qaytarılması mümkün ola bilər. Əks halda, sadəcə estetik nəticədən narazı qalmaq kompensasiyanın hüquqi əsası deyil".
Onun sözlərinə görə, əlavə olaraq Cinayət məcəlləsi bu kontekstdə həkimin bəzi hərəkətlərini cinayət hesab edir:
"Qanuna və ya xüsusi qaydalara uyğun olaraq şəxsə kömək etməyə borclu olan tibb işçisinin üzrlü səbəblər olmadan tibbi yardım göstərməməsi, yaxud tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi".
Vəkil bildirib ki, bu cür qərarların geniş tətbiqi, həqiqətən də, müəyyən hallarda sui-istifadə riskini artırır:
"Xüsusilə estetik əməliyyatlarda subyektiv narazılıqla obyektiv tibbi səhvi ayırmaq çətindir. Buna görə də, hüquqi mexanizmlər balanslı şəkildə işləməli, həm pasiyentin hüquqları, həm də həkimin peşə azadlığı və təhlükəsizliyi qorunmalıdır".
Qeyd edək ki, Ankarada özəl xəstəxanada burun əməliyyatı etdirən bir şəxs nəticədən narazı qalaraq məhkəməyə müraciət edib və ödədiyi məbləği geri alıb.
Əfsanə Kamal
Demokrat.az