“Hazırda Təhsil Nazirliyi tərəfindən artıq ötən tədris ilindən etibarən pilot layihə şəklində bəzi uzaq məsafədə yaşayan şagirdlərin məhz dövlət-özəl tərəfdaşlığı əsasında, bələdiyyələr vasitəsilə onların təhsil müəssisələrinə daşınması təmin olunub”.
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, burada təminat məsuliyyəti daha çox yerli qurumların üzərindədir:
“Büdcədən birbaşa maliyyələşmə nəzərdə tutulmayıb. Elm və Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən bu addım daha təhlükəsiz və rahat şəkildə şagirdlərin məktəbə gedib-gəlməsini təmin etmək məqsədi daşıyır. Artıq şəhərdə avtobus zolaqları salınır və həmin zolaqlardan məktəb avtobuslarının istifadəsinə icazə veriləcək. Bu həm tıxacların qarşısının alınmasına, həm də şagirdlərin vaxtında dərsə çatmasına kömək edəcək. Əgər layihə özünü doğruldarsa, gələcəkdə dövlət-özəl tərəfdaşlığı çərçivəsində daha çox təhsil müəssisəsi bu prosesə cəlb oluna bilər. Uzaqdan gələn şagirdlər üçün bu servis həm təhsil davamlılığını, həm də dərsə vaxtında çatmaq imkanını təmin edəcək”.
Leyla Turan
Demokrat.az