Xalq artistinin SON DURUMU

ŞOU-BİZNES 30 sentyabr 2025, 14:21
"Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir".

Demokrat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib.

"Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir", - o bildirib.

Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top