"Bakı şəhərində qrunt suları çoxdur. Tikinti aparılacaq hər bir ərazidən əvvəl torpaq nümunəsi götürülür və həmin nümunələrin nəticəsinə əsasən tikintiyə icazə verilir".
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev deyib.
O, bildirib ki, metro tikintisi zamanı da belə hallar müşahidə olunub:
"Tünellərdə qrunt sularının mövcudluğu işləri çətinləşdirirdi, lakin xüsusi tədbirlərlə onların istiqaməti dəyişdirilir və su axıdılır. Bu səbəbdən də, indiyədək istifadədə olan metro stansiyalarında və tunellərdə problem yaradacaq dərəcədə qrunt suyuna rast gəlinməyib. Yəni, qrunt sularının olması tikinti prosesinin qarşısını tamamilə almır".
Onun sözlərinə görə, əsas məsələ sürüşmə zonası və ya seysmik risklərin olub-olmamasıdır:
"Əgər belə təhlükə yoxdursa, layihə təsdiqlənir və tikinti işlərinə başlanılır. Layihənin razılaşdırılması prosesində Bakı şəhər İcra Hakimiyyəti, memarlıq-idarəetmə qurumları və Fövqəladə Hallar Nazirliyinin müsbət rəyləri alınmalıdır. Yalnız bundan sonra tikintiyə icazə verilir. Ola bilər ki, sakinlər müxtəlif fikirlər səsləndirsinlər, lakin real vəziyyət məhz budur".
Qeyd edək ki, Bakıda yüksək qrunt suları olan ərazidə 19 mərtəbəli yaşayış kompleksinin inşa edilməsi iddiası müzakirələrə səbəb olub.
Əfsanə Kamal
Demokrat.az