"Azərbaycanda vətəndaşların daşınmaz əmlakını dövlət reyestrində qeydiyyata ala bilməməsi bir sıra problemlərə səbəb olur. Xalq arasında “kupça” adlanan çıxarışın olmaması müxtəlif səbəblərlə bağlıdır".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O, bildirib ki, əgər söhbət fərdi evlərdən və tikililərdən gedirsə, bəzən onlar qanunsuz, yəni icazəsiz inşa edilir:
"Belə hallarda vətəndaş çıxarış ala bilmir. Digər hallarda isə tikinti zamanı müəyyən qüsurlara yol verildiyindən sənəd rəsmiləşdirilmir. Bu halda qüsurlar aradan qaldırıldıqdan sonra çıxarış almaq mümkündür".
Onun sözlərinə görə, çoxmənzilli binalarda isə vəziyyət daha mürəkkəbdir:
"Səbəb adətən ondan ibarətdir ki, binanı tikən şirkət obyekti dövlət komissiyasına təhvil vermir. Buna səbəb kimi tikintidə yol verilən qüsurlar və ya layihəyə uyğunluq problemləri göstərilir. Lakin əksər hallarda, Azərbaycanda yaxşı məlum olduğu kimi, məsələ korrupsiya ilə bağlı olur: çıxarış yalnız əlavə ödəniş və ya rüşvət müqabilində verilə bilir".
Vəkil bildirib ki, əgər vətəndaş hesab edirsə ki, qanuni yolla çıxarış almaq hüququ var, lakin ondan əlavə rüşvət tələb olunur, bu halda məhkəməyə və digər aidiyyəti dövlət qurumlarına şikayət etməlidir:
"Qeyd edilməlidir ki, qanunsuz tikililərə çıxarış verilmir. İllərdir bu məsələ gündəmdə olsa da, yalnız qismən həll olunub. Belə hallara amnistiya elan edilməsi çıxış yolu ola bilər. Məsələn, müəyyən tələblərə cavab verən qanunsuz tikililərə rəsmi sənəd verilsin, amma bundan sonra ediləcək özbaşına tikililər tamamilə qanunsuz hesab edilsin".
Əfsanə Kamal
Demokrat.az