Cənubi Qafqazda ən az su ehtiyatı Azərbaycandadır — AÇIQLAMA

GÜNDƏM 30 sentyabr 2025, 16:19
Cənubi Qafqazda ən az su ehtiyatı bizdədir. Azərbaycanın su ehtiyatları Gürcüstan və Ermənistandan dəfələrlə azdır. 

Demokrat.az
xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov qurumun 9 ay ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanın su ehtiyatı 26,2 milyard kubmetr, Gürcüstanın su ehtiyatı bundan 4 dəfə çox – 108 milyard kubmetr, Ermənistanın su ehtiyatı isə bizdən 1,5 dəfə çox - 40 milyard kubmetrdir:

"Gürcüstan və Ermənistan birlikdə 148 milyard kubmetr su ehtiyatına malikdir və bu, Azərbaycanın göstəricisindən 5,7 dəfə çoxdur. Ölkəmiz Cənubi Qafqazdakı su ehtiyatlarının 15%-nə, Gürcüstan 62 %-nə, Ermənistan isə 23 %-nə sahibdir".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 16:47
Top