Şou-biznes

"Burada rahat və daha xoşbəxtəm"

Burada rahat və daha xoşbəxtəm

Müğənni Aysel Əlizadə bir müddət yaşadığı İstanbuldan Azərbaycana qayıtmasının səbəbini açıqlayıb.

Demokrat.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər axşamı" proqramında danışıb:

"Əvvəl İstanbulda konsertlər çox olurdu, yarı burada, yarı orada qalırdım. Amma hazırda Azərbaycanda qalmağa daha çox köklənmişəm. Çünki burada rahat və daha xoşbəxtəm. Ailəm və sevdiyim insanlar da buradadır. Orada nə qədər qalsan da, hər bir halda yenə də öz evin, öz yurdun üçün darıxırsan.

Həm də burada çalışmaq lazımdır. Hətta hansısa tədbirlərlə bağlı mən Bakıda olduğum halda deyilirdi ki, "Aysel İstanbuldadır". Buna görə də birmənalı şəkildə vətəndəyəm. Kim belə bir fikir çatdırırsa, yalandır".

NE
Nihadə Eyyubova