İdman

"Neftçi" "Sabah"la heç-heçə etdi

Neftçi Sabahla heç-heçə etdi

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranmış 19 günlük fasilə bu gün başa çatıb.

Demokrat.az xəbər verir ki, oyunlar 7-ci turun matçları ilə bərpa olunub.

Bu gün 2 oyun keçirilib. "Araz-Naxçıvan" ukraynalı yeni baş məşqçisi Yuri Maksimovun rəhbərliyi altında ilk görüşünə çıxıb. Komanda evdə "Kəpəz"ə uduzub.

Günün ikinci matçında isə mərkəzi oyun keçirilib. Turnir cədvəlinin liderləri "Neftçi" ilə "Sabah" üz-üzə gəlib. Matç heç-heçə ilə başa çatıb.

9 oktyabr (cümə)

19:30. "Neftçi" – "Sabah" - 0:0

Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev, Kamal Umudlu (VAR), Teymur Teymurov (AVAR)

NE
Nihadə Eyyubova