YapiKredi Müraciət Forması
Mazda CX-5
Cəmiyyət

Taksidə sərnişinlər buna görə cərimələnə bilər

Taksidə sərnişinlər buna görə cərimələnə bilər

Avtomobildə təhlükəsizlik kəmərindən istifadə yol hərəkəti zamanı həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Buna baxmayaraq, bəzi sürücülər və sərnişinlər, xüsusilə də şəhərdaxili qısa məsafələrdə bu tələbə əməl etmirlər.

Modern.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan avtomobil idarə edən sürücü 40 manat məbləğində cərimə olunur.

Sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməməsi isə ayrıca inzibati məsuliyyət yaradır. Məcəllənin 338.3-cü maddəsinə əsasən, bu qaydanı pozan sərnişin 30 manat cərimə edilə bilər.

Beləliklə, taksidə hərəkət edən şəxslər də təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Qayda yalnız sürücüyə deyil, sərnişinlərə də aiddir.

Editor
Redaktor