"Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaşdır".
Demokrat.az xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
O bildirib ki, xalqlarımız arasında bağlar möhkəmdir:
"Qardaşlıq, qonşuluq münasibətləri mövcuddur və və müsbət mənada inkişaf edir. Azərbaycan və Gürcüstan münasibətlərinin böyük gündəliyi var. Siyasi dialoq yüksək səviyyədədir. XİN-lər arasında intensiv təmaslar mövcuddur. Çalışırıq ki, rəsmi və və qeyri-rəsmi təmaslarımızı davam etdirək".
Nazir bildirib ki, ölkələr arasında əməkdaşlıq potensialını genişdir:
"Azərbaycanla Gürcüstan arasında 145 sənəd mövcuddur, 18 sənəd üzərində işlər davam edir".



