Paşinyanın Moskvada “The Carlton” otelində xərclərini kim ödəyib?

DÜNYA 30 sentyabr 2025, 17:44
Bəzi KİV-lərdə dərc olunmuş materiallara cavab olaraq, Ermənistan Respublikası Baş nazir Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bildirilir ki, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Moskvada “The Carlton” otelində qalması ilə bağlı xərcləri qəbul edən tərəf ödəyib.

Departamentin “Armenpress”in sorğusuna cavabında qeyd olunub ki, bu məqsədlə Ermənistan Respublikasının dövlət büdcəsindən heç bir vəsait xərclənməyib.

Eyni zamanda, media nümayəndələri dərc etməzdən əvvəl məlumatları Ermənistan Respublikası Baş nazir Aparatında lazımi qaydada dəqiqləşdirməyə çağırılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top