Su təchizatı sistemlərinə qoşulmaqla bağlı müraciətlər niyə ləğv edilir? — AÇIQLAMA

SOSİAL 30 sentyabr 2025, 18:15
2025-ci ilin əvvəlindən su təchizatı sistemlərinə qoşulmaqla bağlı edilmiş 8245 müraciətin 38%-i ləğv edilib.

Demokrat.az
xəbər verir ki, bun Azərbaycan Dövlət Su Agentliyi (ADSEA) tərəfindən keçirilən konfransda Agentliyin şöbə müdiri Yusif Əhədi deyib.

Şöbə müdirinin sözlərinə görə ləğv edilmələrin əsas səbəbləri sənədlərin düzgün təqdim olunmaması və qanunsuz tikililərdir:

“62% müraciət isə icra üçün yönləndirilib. Qərara görə, qoşulma nöqtəsi şəbəkədən 30 metrdən uzaqda olmamalıdır. Amma bəzi hallarda vətəndaşlar su şəbəkəsi olmayan ərazilərdə ev tikir və bu da sonradan çətinliklər yaradır”.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top