Fazil Novruzov: "Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır"

SİYASƏT 30 sentyabr 2025, 13:01
"Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər" mövzusunda panel sessiyada çıxış edərkən deyib.

O bildirib ki, yoxlama və monitorinq mərhələsində maliyyə və metodoloji problemlər mövcuddur.

"Hazırkı rəqəmsal mühitdə cəmiyyətin informasiya təhlükəsizliyi kritik əhəmiyyət daşıyır. Bu səbəbdən, maliyyə və resurslarının məhdudluğuna baxmayaraq, həm dövlət, həm media, həm də ictimaiyyət bu istiqamətdə təxirəsalınmaz və davamlı fəaliyyət etməlidir. Əks təqdirdə, texnoloji yeniliklərin, süni zəkanın tətbiqinin, müasir kommunikasiyaların cəmiyyətimizin inkişafına deyil, onun əksinə xidmət etmək təhlükəsi yaranır", - deyə F.Novruzov əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 14:21
Top