Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb.
Forum iştirakçılarını salamlayan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatıb.
Ə.İsmayılov ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayıb.
"Rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə və bilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək", - deyə Ə.İsmayılov bildirib
İcraçı direktor qeyd edib ki, bu gün xəbərlər yalnız ənənəvi media modelləri olan qəzet səhifələrində və ya televiziya ekranlarında deyil, mobil telefonların ekranlarında, sosial şəbəkə lentlərində və süni intellekt tərəfindən hazırlanmış analitik platformalarda formalaşır:
"Əgər ötən illərdə prioritet informasiyanın sürətli çatdırılması idisə, bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib.
Bu prosesi, qlobal trendləri təhlil edərkən belə qənaətə gələ bilərik ki, medianın gələcəyi təkcə jurnalistlərin deyil, bütün ictimai institutların birgə səylərindən asılıdır. Rəqəmsal transformasiya qarşısında seçimimiz yoxdur - biz bu prosesin müşahidəçisi yox, fəal iştirakçısı olmalıyıq. Əminik ki, forum çərçivəsində qarşılıqlı əməkdaşlıq, bilik və təcrübə mübadiləsi ilə bu texnoloji tərəqqini ölkələrimizin inkişafı, vətəndaşlarımızın daha keyfiyyətli informasiya təminatı üçün üstünlüyə çevirə bilərik".