Mədəniyyət Nazirliyi gənc yazıçılara dəstək üçün bu addımı atacaq — AÇIQLAMA

MƏDƏNİYYƏT 30 sentyabr 2025, 12:54
“Biz az satılan bəzi kitabları nəşriyyatlardan almağı düşünürük. Məqsədimiz odur ki, gənc yazıçı və şairlər ədəbiyyata gəlsin. Çünki nəşriyyatlar risk edərək tanınmayan bir müəllifin kitabını çap etmək istəmir.

Buna görə də biz nazirlik olaraq belə kitabların müəyyən bir hissəsini alaraq, həmin müəlliflərin ədəbiyyata gəlişini dəstəkləməyi düşünürük”.

Demokrat.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu XI Bakı Beynəlxalq kitab sərgisi ilə bağlı təşkil edilmiş mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 250-dən artıq tədbirin təşkili nəzərdə tutulur. Ən azı 35 imza günü və müxtəlif tədbirlər keçiriləcək.

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 sentyabr 2025, 14:21
Top