Neymar 3 ildən sonra bunu bacardı

İDMAN 13 avqust 2025, 19:57
“Santos”un ulduz futbolçusu Neymar 2022-ci ilin oktyabrından bəri ilk dəfə ardıcıl 6 matçda meydana çıxıb.

Demokrat.az xəbər verir ki, Braziliya çempionatının 19-cu turunda “Kruzeiro” və “Santos” qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Neymar bu görüşdə 90 dəqiqə meydanda olub.

Bununla o, son 3 ildəki uğursuz seriyaya son qoyub.

Neymarın “Santos”dakı son 6 oyunu. O, “Flamenqo” (1:0), “Mirassol” (0:3), “İnternasional” (1:2), “Sport Resife” (2:2) və “Yuventude”yə (3:1) qarşı da 90 dəqiqə mübarizə aparıb. “Sambaçı” hətta 6 qarşılaşmada 3 dəfə fərqlənib

Qeyd edək ki, sonuncu dəfə Neymar ardıcıl 6 matçda 2022-ci ilin oktyabrında PSJ forması ilə “Lion”, “Nitsa”, “Benfika”, “Reyms”, yenə “Benfika” və “Marsel”ə qarşı çıxış etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avqust 2025, 21:31
13 avqust 2025, 19:20
Top