Bu gün Türkiyə Superliqasında 2025/26 mövsümünün ilk turuna bir görüşlə yekun vurulacaq.
Demokrat.az xəbər verir ki, son oyun günündə "Trabzonspor" doğma meydanda "Kocaelispor"u qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, ilk turun oyunlarında "Qalatasaray" "Qaziantep"i 3:0, "Samsunspor" "Gənclərbirliyi"ni 2:1, "Antalyaspor" "Kasımpaşa"nı 2:1, "Göztəpə" "Rizespor"u 3:0, "Konyaspor" isə "Eyüpspor"u 4:1 hesabı ilə məğlub edib.
Türkiyə Superliqasının cari turunda keçirilməsi planlaşdırılan "Kayserispor" - "Beşiktaş", "Fatih Karagümrük" - "Başakşəhər" və "Fənərbağça" - "Alanyaspor" qarşılaşmaları təxirə salınıb. Buna səbəb isə klubların avrokuboklardakı çıxışları olub. Türkiyə Futbol Federasiyasının qəbul etdiyi qərara görə, klubların I tur oyunları avrokuboklar başa çatdıqdan sonra keçiriləcək.
11 avqust
Türkiyə Superliqası
I tur
Saat 22:30, "Trabzonspor" - "Kocaelispor".