"Sülh mətninin paraflanması sadəcə prinsiplərin təsdiq olunmasıdır, ancaq bu, ciddi hüquqi təminat yaratmır. Yekun sülh müqaviləsinin imzalanmasına ehtiyac var ki, bu da Azərbaycanın son tələbi olan, Ermənistan konstitusiyasında ərazi iddialarından imtina edilməsindən sonra mümkün olacaq. Ona görə bu fikir xüsusi olaraq vurğulandı ki, bu, bir növ Ermənistan üçün ev tapşırığıdır. Bundan sonrakı problem Ermənistan rəhbərliyinin üzərindədir. Bunu hansı formada qısa müddətdə yerinə yetirəcəklər, Paşinyanın səlahiyyətində olan məsələdir".
Bunu Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. O bildirib ki, digər tərəfdən, bu razılaşmanın ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə baş verməsi məqamı var:

Politoloq qeyd edib ki, yekun sülh sazişinin qısa zamanda imzalanması həm də razılaşmadan məmnun olmayan dövlətlərin varlığı səbəbindən vacibdir:
"Yekun sülh müqaviləsi nə qədər tez imzalansa, regionda sülhün bir dəfəlik bərqərar olmasına şərait yaradacaq. Çünki Vaşinqtondakı razılaşmalardan məmnun olmayan region dövlətləri var. Yekun sülh əldə edilsə, hansısa üçüncü tərəflərin regiona müdaxiləsi mümkün olmayacaq.
Ona görə konstitusiyadakı ərazi iddialarının ləğvinə və qısa müddətdə yekun sülhün imzalanmasına ehtiyac var. Prezident İlham Əliyev də ABŞ-də bildirdi ki, əgər vaxtında o ərazi iddiaları ləğv olunsaydı, indi biz Vaşinqtonda yekun sülh sazişini imzalayardıq. Bu da bir ismarıcdır. Bu baxımdan diqqətlər, xüsusən ABŞ-nin diqqətləri Ermənistan rəhbərliyində olacaq".
Cavidan Mirzəzadə Demokrat.az

