YapiKredi Müraciət Forması
Hadisə

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb - YENİLƏNİB

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb - YENİLƏNİB

İmişlidə ağır yol-nəqliyyat hadisəsində ölənlərin və xəsarət alanın kimliyi müəyyənləşib.

Demokrat.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov və onun sərnişini, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həyatını itirib.

Digər sərnişin, 1981-ci il təvəllüdlü Mənsur Rzayev isə xəsarət alıb.

12:58

İmişlidəki qəzada xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər şəxs (kişi) 09.11.2026-cı il tarixində saat 11:40 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1981-ci il təvəllüdlü pasiyentin müalicəsi hazırda Təcili yardım şöbəsində davam etdirilir.

11:30

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə İmişli-Kürdəmir yolunun İmişli rayonundan keçən hissəsində baş verib.

Belə ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)