Mahirdən debüt paylaşımı

İDMAN 10 avqust 2025, 21:06

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Mahir Emreli 2-ci Bundesliqada “Şalke”yə qalib gəldikləri oyunun asan olmadığını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Forvard 2-ci turun qarşılaşmasında onlara dəstək olan azarkeşləri də unutmayıb:

“İlk qələbə heç vaxt asan əldə olunmur. Lakin inanılmaz dərəcədə vacibdir. Böyük dəstəyə görə təşəkkür edirəm”.

Emreli “Şalkey”ə 1:0 hesabı ilə qalib gəldikləri matça ilk “11-lik”də başlayıb və 72-ci dəqiqədə əvəzlənib.

 


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 avqust 2025, 21:06
Top