Türkiyədə dağıntılar altından dörd nəfər xilas edilib

REGİON 10 avqust 2025, 22:45

"Balıkesirdə zəlzələ nəticəsində 10 bina zərər görüb".

Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu Sındırqı bələdiyyə başçısı Serkan Sak deyib.

"Bölgəmizdə 10 binada dağıntı baş verib. Uçmuş binalarda 6 nəfər yaşayırdı. Onlardan 4-nü xilas etmişik, digər ikisini isə xilas etmək üçün çalışırıq", - o bildirib.

Balıkəsirdə baş verən zəlzələ ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından açıqlama verib və bildirib ki, bütün əlaqədar qurumlar hadisə ilə bağlı hərəkətə keçib, lazımi addımlar atılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 avqust 2025, 00:06
Top