Sedat Pekerdən Bakıda restoranı olması iddialarına CAVAB

REGİON 01 avqust 2025, 23:44
Bakıdakı konsertini ləğv edən türkiyəli müğənni Rza Tamer Sedat Pekerin adamları tərəfindən təhdid olunduğunu bildirib. 

Rza Tamer iddia edib ki, konsert verməli olduğu “Bihter” restoranı mafiya başçısı Sedat Pekerə məxsusdur və o, konsertdən imtina etdiyinə görə hədələnir.

SAVASHMEDİA.az xəbər verir ki, Sedat Peker məsələ ilə bağlı açıqlama verib.

“Rza Tamer adlı müğənninin mənim adımla təhdid edildiyini mətbuatda gedən xəbərlərdən öyrənmişəm. Azərbaycanda otel də daxil olmaqla, heç bir sərmayəm yoxdur. Bu qardaşımızı kim təhdid edib, onu da bilmirəm. Son günlərdə “Sedat Pekerin adi ilə o təhdid edildi, bu təhdid edildi” başlıqlı xəbərlər yazılır. İnsanları təhdid və ya təhqir etmək, qorxutmaq mənim tərzim deyil, bunu məni tanıyan hamı bilir. Vaxt və şarait yetişəndə nə etmək lazımdırsa, edərəm, təbii ki, hüquq və qanunlar çərçivəsində. Adımın belə hadisələrə qarışması cəmiyyətdə yanlış təsəvvürlər yaradır və bu da şəxsən məni narahat edir”.

Xatırladaq ki, Rza Tamer 50 min dollar qarşılığında Bakıda iki mahnıdan ibarət konsert verməli idi. Lakin Tamer Türkiyə lirəsinin keçərli olmadığını əsas gətirərək Türkiyəyə qayıdıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top