Gürcüstan DTX-nin rəisi istefa verdi

REGİON 23 avqust 2025, 20:09
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib, yeni vəzifəyə təyin olunub.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, o, Baş nazir İrakli Kobaxidze ilə məsləhətləşmələrdən sonra istefa verdiyini açıqlayıb.

İstefa verən Anri Oxanaşvili Gürcüstan baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib.

Kobaxidze bildirib ki, Oxanaşvili baş nazirin müşaviri kimi hökumət administrasiyasında analitik işlər aparacaq və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.

Kobaxidze həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq:

"Onun xüsusi təqdimata ehtiyacı yoxdur. Sadəcə qeyd edim ki, onun hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 avqust 2025, 22:59
23 avqust 2025, 19:11
Top