“Aydındır ki, İran ABŞ-nin regionda güclənməsini istəmir, Zəngəzur dəhlizinə ABŞ-nin İrana qarşı bir forpostu kimi baxır. Amma məsələyə fərqli yanaşılmalıdır. Bu həm də regionun inkişafına, bütün kommunikasiya xəttlərinin açılmasına və sabitliyə gətirib çıxaracaq layihədir”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

O bildirib ki, İranın hansı addımlar atacağını sezmək çətindir:
“İranın hibrid müharibəsi bir çox ölkələrdə davam etdiyi kimi, Qafqazda da davam edə bilər. Söhbət bəyanatlardan, diplomatik kanallarla təzyiq göstərməkdən gedir. Kiber hücumlar, terroru dəstəkləyən addımların atılması ola bilər.
Amma mən düşünmürəm ki, bu addımlar ABŞ-nin bölgədəki planlarını həyata keçirməsinə mane olsun. İran iyunda ABŞ-dən sarsıdıcı zərbə aldı, indi ona toparlanmaq üçün vaxt lazımdır. Ona görə indi ABŞ-yə qarşı hansısa həmlə edəcəyini hesab etmirəm”.
Cavidan Mirzəzadə
Demokrat.az