Nobel mükafatlı yazıçı Orxan Pamukun keçmiş sevgilisi Karolin Fişekçi ötən günlərdə keçirilən və 2:2 hesabı ilə başa çatan "Beşiktaş" – "Crystal Palace" matçını stadiondan izləyib. Gənclik illərində "Beşiktaş" azarkeşi olduğunu, lakin artıq futbolu izləmədiyini deyən Fişekçi diqqətini çəkən futbolçuları lentə alarkən qol anını da qeydə aldığını bildirib.
Demokrat.az xəbər verir ki, o, uzun müddətdir futbola maraq göstərmədiyini, lakin gənclik illərində "Beşiktaş" azarkeşi olduğunu deyib. O, paylaşımında bu ifadələri işlədib: "Beşiktaş" – "Crystal Palace" UEFA matçı 2:2 hesabı ilə başa çatdı. Məncə, çox qollu heç-heçələr 1:0 hesabı ilə, heç bir təhlükəli vəziyyət yaratmadan qazanılan qələbələrdən daha yaxşıdır".
Fişekçi gənclik illərində futbol matçlarını yaxından izlədiyini deyib: "Əvvəllər, 15–20 yaşlarımda futbolu izləyirdim. "Beşiktaş" azarkeşi idim. İndi isə futbolu izləmirəm".
Futbolun əsas qaydalarını və taktiki sxemlərini hələ də bildiyini deyən Fişekçi hazırkı futbolçuları tanımadığını qeyd edib. Qarşılaşma zamanı diqqətini çəkən futbolçuları mobil telefonu ilə çəkdiyini bildirən Fişekçi təsadüfən qol anını da qeydə aldığını söyləyib.(bizim.media)


