ABŞ-də vulkan püskürməyə başlayıb

DÜNYA 23 avqust 2025, 20:35
ABŞ-nin Havay ştatında Kilauea vulkanı yenidən püskürməyə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

“Davam edən püskürmənin otuz birinci epizodu avqustun 22-də təxminən saat 14:04-də (Bakı vaxtı ilə 23 avqust 04:04) başlayıb”, - deyə xidmətin saytında yerləşdirilən məlumatda deyilir.

USGS qeyd edib ki, lava fəvvarələrinin hündürlüyü 30 metri keçib və şimal ventilyasiyasından püskürmə təkanlarla müşayiət olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 avqust 2025, 22:59
Top