İranda antiterror əməliyyatı keçirilib, 6 nəfər zərərsizləşdirilib

DÜNYA 24 avqust 2025, 00:07
İran kəşfiyyatı ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində terrorçu qrupu zərərsizləşdirib.

"Report" bu barəfə "Mehr" agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, döyüş sursatı ilə silahlanmış qeyri-İran vətəndaşları ilə kəşfiyyat qüvvələri arasında saatlarla davam edən toqquşma nəticəsində terrorçulardan 6-sı zərəsizləşdirilib, 2-si isə sağ ələ keçirilib. Əməliyyat zamanı iki zabit və bir polis əməkdaşı da xəsarət alıb.

Qeyd olunub ki, terror qrupu Şərqi İranda "kritik obyekt"i hədəf almağı planlaşdırırdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 avqust 2025, 22:59
Top