
Gögöldə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Üç Təpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Ülfət Temurazovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Gədəbəy rayon sakini Ələkbər Ələkbərova məxsus “Kia Rio” markalı maşın toqquşub.
Nəticədə “Kia Rio” markalı avtomobildə olan Ələkbər Ələkbərov və onun azyaşlı övladı Tunar Ələkbərov müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


