Əminə Ərdoğan Qəzzada uşaqların vəziyyəti ilə bağlı Melaniya Trampa məktub yazıb

DÜNYA 23 avqust 2025, 21:19

Türkiyənin birinci xanımı Əminə Ərdoğan ABŞ-nin birinci xanımı Melaniya Trampa məktub göndərib.

Report xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb.

Ə.Ərdoğan Melaniyanın Rusiya Prezidenti Vladimir Putinə yazdığı məktubdan “ilhamlanıb”.

"İnanıram ki, sizin 648 ukraynalı uşağa göstərdiyiniz həssaslıq Qəzzaya da şamil olunacaq", - məktubda deyilir.

Türkiyənin birinci xanımı, həmçinin məsələ ilə bağlı İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlamağa çağırıb və qeyd edib ki, Qəzzadakı vəziyyətin həlli Fələstin xalqı qarşısında tarixi məsuliyyətə uyğun olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 avqust 2025, 22:59
Top