Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı həlak oldu

DÜNYA 23 avqust 2025, 21:45
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Oxu.Az-ın məlumatına görə, Əfqan Orucov Sumı vilayətində gedən döyüşlər zamanı həyatını itirib.

Qostomel qəsəbəsində yaşayan həmyerlimiz avqustun 19-da ölüb.

Məlumata görə, Əfqan Orucov ərazi müdafiə taborunda pilotsuz uçuş aparatlarının idarəsi üzrə xidmət göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya-Ukrayna müharibəsində Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı, 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında gedən döyüşlər zamanı həlak olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 avqust 2025, 22:59
Top