Türkiyədə fırtına bir sıra fəsadlar törədib, xəsarət alanlar var

REGİON 16 avqust 2025, 21:33
Türkiyənin İstanbul şəhərində fırtına bir sıra fəsadlar törədib.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, təbii hadisə nəticəsində Bakırköy, Bağcılar və Şişli rayonlarında ağaclar aşıb. Bakırköydə güclü küləyin aşırdığı ağac budaqları yoldan keçən iki qadının üstünə düşüb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Bağcılar rayonunda isə aşan ağac iki avtomaşının üstünə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 avqust 2025, 19:48
Top