İzmirdəki hücuma görə o yeniyetmənin valideynləri də saxlanıldı

REGİON 12 sentyabr 2025, 23:22
İzmirin Balçova Polis İdarəsində 2 polisin ölümü, 3-nün yaralanması ilə nəticələnən hücumla əlaqədar daha 10 nəfər saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar arasında hücumu törətməkdə şübhəli bilinən 16 yaşlı Eren Bigülün valideynləri də var.

Xatırladaq ki, sentyabrın 8-də İzmirin Balçova bölgəsində polis bölməsinə silahlı basqın edilib. Nəticədə 2 polis həlak olub, ikisi polis olmaqla daha 3 nəfər isə yaralanıb.

Hadisəni törədən 16 yaşlı E.B. adlı şəxs isə yaralı halda saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top