Aİ İrəvanda Ermənistan–Türkiyə görüşünü alqışlayıb

DÜNYA 12 sentyabr 2025, 20:44

Avropa İttifaqı İrəvanda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçirilən 6-cı görüşü müsbət qarşılayıb.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono “X” hesabında bildirib.

“Bu günün dinamikası və açıqlamaları ruhlandırır”, - o qeyd edib.

Qrono əlavə edib ki, Avropa İttifaqı regiondakı tərəfdaşlar arasında normallaşma və sülh proseslərini yaxından izləyir və onların davamlı sülh, regional əməkdaşlıq, artan əlaqə və barışıq istiqamətində səylərini dəstəkləməyə davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top