“Bu mövzuda hüquqi terminologiyaya diqqət yetirilməsi vacibdir. Əgər Elm və Təhsil Nazirliyi, yaxud da aidiyyəti qurumlar hansısa bir şəxsi rəsmi olaraq "ekspert" statusunda tanımırsa, bu adlandırma formal-hüquqi baxımdan qeyri-dəqiq sayıla bilər. Amma qeyd edilməlidir ki, bəzi sahələrdə “ekspert” anlayışı hüquqi status və vəzifə daşıyır – məsələn, Milli Məclisdə komitələrin rəsmi ekspertləri mövcuddur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, ictimai rəyin formalaşdırdığı tanınma da mövcuddur:
“Cəmiyyətin hansısa şəxsi bilgilərinə, təcrübəsinə və təqdim etdiyi düşüncələrə əsasən ekspert kimi qəbul etməsi, rəsmi sənədlərlə tənzimlənməsə də, faktiki olaraq tanınma formasıdır. Məsələn, hüquqi sənədlərdə millət vəkili ifadəsi yoxdur. Qanunvericilikdə bu vəzifə "deputat" kimi qeyd olunur. Amma cəmiyyətdə və mediada millət vəkili anlayışı geniş istifadə olunur və heç bir hüquqi problem yaratmır. Bu baxımdan, xüsusilə təhsil kimi cəmiyyətin hər bir fərdinə toxunan, gələcəyin formalaşmasında əsas rol oynayan sahədə, fikirlərini bölüşən, müzakirələrə töhfə verən şəxslərin adlandırılmasından çox, onların ideyalarının, təkliflərinin mahiyyəti önəmlidir. Bu fikirləri istər təhsil üzrə mütəxəssis, istər pedaqoq, istərsə də ictimai fəal səsləndirsin əsas məsələ onların dəyərli və faydalı olmasıdır”.
Millət vəkili əlavə edib ki, cəmiyyətdə zamanla formalaşan tanınma, bəzən rəsmi statuslarla üst-üstə düşməyə bilər:
“Məsələn, hər şeir yazana şair deyilir, amma yalnız rəsmi olaraq Xalq şairi adı dövlət tərəfindən verilir. Eləcə də musiqiçi bir şəxsi biri müğənni, digəri musiqişünas kimi tanıya bilər. Bu isə cəmiyyətin tanıma və adlandırma prosesinin təbii dinamikasıdır. Ona görə də, təhsil sahəsində də əsas məsələ insanların nə dediyi, necə adlandırılmasından daha vacibdir. Ekspert adlandırılması mütləq hüquqi çərçivədə olmasa belə, əgər bir şəxsin fikirləri faydalı, əsaslandırılmış və ictimai əhəmiyyət daşıyırsa, bu yanaşma qəbul edilməlidir”.
Leyla Turan
Demokrat.az