Ermənistanda məhkəmə Gümrü merinin saxlanılan oğlu barəsində qərar verdi

DÜNYA 12 sentyabr 2025, 16:38
Şirak vilayət məhkəməsi Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan barəsində iki ay müddətinə ev dustaqlığı şəklində həbs-qətimkan tədbiri seçib.

Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.

Bundan əlavə, Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Vardan Qukasyanın oğlu ilə bağlı iş çərçivəsində Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi və 452-ci maddəsinin 3-cü hissəsi üzrə daha bir cinayət işi başlanıb.

Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin başlatdığı cinayət işi çərçivəsində ilkin istintaq zamanı Spartak Qukasyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndi ilə açıq cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün (12 sentyabr) Spartak Qukasyan saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top