"Qaçqınlar ömür boyu "podval"da yaşamalıdırlar?" — Deputat

SOSİAL 12 sentyabr 2025, 16:21
Jurnalist Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər rezonans doğurub.
 
Köçkünlərin həm Qarabağda yeni evlərinin olduğunu, həm də əvvəl yaşadıqları mənzilləri tərk etmək istəmədiklərini bildirib. Bəkirqızı deyib ki, hətta dövlətin təqdim etdiyi mənzillərin kirayə verildiyi hallar da mövcuddur. Onun sözlərinə görə, bu, real vəziyyətin göstəricisidir: "Biz şəhidlər vermişik ki, Qarabağa qayıdaq. Dövlətin konsepsiyası və böyük yenidənqurma planları var. Keçmiş məcburi köçkünlər də Qarabağa gedib oradakı inkişafı öz gözləri ilə görməlidirlər”.

Millət vəkili Aqil Abbas sözügedən məsələylə bağlı öz fikirlərini AZXEBER.COM-a bildirib.

O söyləyib ki, bəzi insanlar aranı qarışdıraraq insanları biri-birilərinə qarşı qoymaq istəyirlər:

"İşğaldan azad olunan ərazilərdə evlər hazır olduqca, keçmiş məcburi köçkünlər yavaş-yavaş öz yurdlarına qayıdırlar. Artıq Laçın, Kəlbəcər, Şuşa və bir sıra digər rayonlara köç başlayıb. İlk köç edənlər isə əsasən ən pis şəraitdə yaşayanlardır. Səidə Bəkirqızı xanımdır, ona cavab verməyim doğru olmazdı. Əgər kişi olsaydı, münasibət bildirərdim. Hər kəsə 2-3 ev almaq olar, amma qaçqınlar çalışaraq özlərinə ev ala bilməzlər? Ömür boyu "podval"da yaşamalıdırlar? Hətta bəziləri düşük-düşük deyir ki, qaçqınlar Bakıda ev alıb içində inək saxlayır”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top