Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı — FOTO

SOSİAL 12 sentyabr 2025, 17:24
Yekaterinburqun Koltsovo hava limanında gömrükçülər Bakıdan gələn 29 yaşlı bərbəri saxlayıblar.

Onun salonuna gətirməyi planlaşdırdığı bəyan edilməmiş ülgüclər və digər avadanlıqları aşkar edilib.

Məlumata görə, sərnişin "yaşıl dəhliz"dən keçərkən gömrükçülər onun baqajında ümumi çəkisi 5 kq-dan çox olan saç kəsən maşınlar və mumu qızdırmaq üçün qab aşkar edib. Sərnişin mallara dair bəyannamə doldurmadığını və gömrük qaydalarını tanımadığını bildirib.

Bərbər barəsində İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi (malların bəyan edilməməsi) üzrə inzibati iş açılıb. (Milli.az)




 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top