YapiKredi Müraciət Forması
Mazda CX-5
Kriminal Özəl

17 illik ərinə xəyanət etdiyi üçün döyüldü

17 illik ərinə xəyanət etdiyi üçün döyüldü

Quba rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Quba rayonunun kəndlərindən birində baş verib. 1984-cü il təvəllüdlü Fərman yaşadığı evdə həyat yoldaşı Zəhra ilə (adlar şərtidir – red.) mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Fərman Zəhranın üz nahiyəsinə qəsdən yumruqla zərbə endirərək ona xəsarət yetirib.

Faktla bağlı Fərman barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, Zəhra ilə 17 ildir evlidir və birgə nikahlarından iki övladları var.

Təqsirləndirilən şəxs deyib ki, 1 iyul 2026-cı il tarixdə saat 14 radələrində yaşadıqları evdə olarkən Zəhranın ona xəyanət etməsi səbəbindən aralarında mübahisə yaranıb:

"Mübahisə zamanı Zəhranın üz və bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq ona xəsarət yetirdim. Aramızda baş verən mübahisə təxminən 5 dəqiqə davam etdi. Həmin vaxt yanımızda kənar şəxslər olmayıb".

İş üzrə zərərçəkmiş Zəhranın sözlərinə görə, son zamanlar əri Fərman mütəmadi olaraq spirtli içki qəbul edib və onunla mübahisələr edib.

O bildirib ki, hadisə günü saat 14 radələrində yaşadıqları evdə olarkən əri ilə aralarında sözlü mübahisə yaranıb. Mübahisə zamanı Fərman onun üz və qabırğa nahiyəsinə yumruq və təpiklə zərbələr endirərək xəsarət yetirib.

Zərərçəkmiş ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Fərman barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

Editor
Redaktor