"Fişinq hücumları günümüzdə ən çox rast gəlinən kiberdələduzluq formalarından biridir. Bu üsulda mövcud veb-saytların oxşar saxta versiyaları yaradılır. Bir müddət öncə Azərpoçtun rəsmi saytının da saxta variantı hazırlanmışdı".
Bunu Demokrat.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərhad Miralıyev deyib.
O, bildirib ki, oxşar hallar teatr və konsert biletlərinin satışı üçün nəzərdə tutulmuş saytlarda, həmçinin müxtəlif bankların və iri satış mağazalarının veb-saytlarında da müşahidə edilir:
"Bu saxta səhifələr vasitəsilə təşkilatların adı altında vətəndaşlara cəlbedici təkliflər göndərilir. Məqsəd istifadəçini aldatmaq, onu həmin səhifəyə yönləndirmək, fərdi və bank kartı məlumatlarını, eləcə də OTP kodunu ələ keçirməkdir. Bu halda vətəndaşın kartındakı vəsait asanlıqla mənimsənilir".
Onun sözlərinə görə, dələduzluq hallarının haradan idarə olunması yalnız texniki analizlər nəticəsində müəyyən edilə bilər:
"Məsələn, bir müddət əvvəl Elektron Təhlükəsizlik Xidmətinin açıqlamasında müxtəlif saxta domenlərin yekunda Çindən idarə olunan vahid ünvana yönləndirildiyi məlum olmuşdu. Hücumlar həm müxtəlif ölkələrin ərazilərindən məqsədli şəkildə, həm də proksi vasitəsilə həyata keçirilə bilər. Əsas məqsəd isə dəyişməzdir, vətəndaşların maliyyə vəsaitlərini ələ keçirmək. Bu cür hallardan qorunmağın ən təsirli yolu rəqəmsal savadlılıqdır. Vətəndaşlar saxta saytları real və legitim saytlardan fərqləndirməyi bacarmalıdırlar. Bunun üçün isə bir neçə mərhələli yoxlama aparmaq vacibdir".
Ekspert bildirib ki, vətəndaşlar teatr, kino və sərgilərə bilet alarkən saytın rəsmi “qaynar xətt” nömrəsinə zəng edə bilər:
"Ünvanın düzgünlüyü dəqiqləşdirilməli, təqdim edilən təklifin həqiqətən həmin təşkilata aid olub-olmadığı soruşulmalıdır. Yalnız bu cür yoxlamalardan sonra fərdi məlumatları paylaşmaq və onlayn xidmətlərdən yararlanmaq daha təhlükəsiz olacaq".
Qeyd edək ki, son günlər Azərbaycanda teatr tamaşaları, konsertlər və sərgilərə onlayn bilet satışı adı altında kiberdələduzluq halları artmaqdadır.
Əfsanə Kamal
Demokrat.az