"Qızım Bakıya qayıdır, yanımda yaşayacaq"

ŞOU-BİZNES 28 oktyabr 2025, 19:43

Əməkdar artist Nüşabə Ələsgərli Belçikada yaşayan qızı Nigarın artıq Azərbaycana köçəcəyini deyib.

Demokrat.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" proqramında bildirib. O qeyd edib ki, qızı ailəsi ilə birlikdə Bakıya gəlir:

"Nəvəm 1 yaş yarımdır. Apreldə 2 yaşı olacaq. Artıq onu görmək üçün Avropaya getmirəm. Onlar Belçikdana Bakıya köçürlər. Evləri orada qalacaq, özləri burada yaşayacaq.

Ağıllı olmuşam, vaxtında iki ev tikmişəm. İndi gəlirlər, yanımda yaşayacaqlar. Oğlumu da gətirəcəyəm Bakıya. Demişəm ki, artıq bəsdir".

Qeyd edək ki, Nigar Turkiyə vətəndaşı ilə ailəlidir. N.Ələsgərlinin oğlu isə Estoniyada yaşayır.
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 oktyabr 2025, 19:53
28 oktyabr 2025, 19:38
Top