Murad Dadaşovun evində xeyir iş

ŞOU-BİZNES 27 oktyabr 2025, 18:43
Xalq artisti Murad Dadaşovun evində xeyir iş olacaq. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, Xəzər Media Mərkəzinin Baş direktoru oğlu Kamala toy edəcək. 

Məclis dekabrda şəhər restoranlarından birində keçiriləcək. Toya tanınmış simalar, mədəniyyət nümayəndələri dəvət olunub. 

Qeyd edək ki, Aytən adlı xanımla ailəli olan M.Dadaşovun Kamal, Ziya və Əli adlı 3 oğlu var.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top