“Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Erasx–Sədərək istiqamətinin açılmasına dair fikirləri regionda yeni kommunikasiya reallıqlarının müzakirəyə çıxarıldığını göstərir. Amma burada əsas məsələ “kim açır” deyil, “kimin sayəsində açılır” sualıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O əlavə edib ki, bu mənada, Azərbaycanın rolu həlledici və istiqamətvericidir:
“Çünki regionda infrastrukturun yenidən qurulması, sərhədlərin iqtisadi məntiq əsasında müəyyənləşməsi və nəqliyyat şəbəkələrinin inteqrasiyası məhz Azərbaycanın siyasi iradəsi ilə mümkün olur. Erasx–Sədərək xətti əslində Azərbaycan üçün sadəcə bir yol deyil, regionda logistika, ticarət və təhlükəsizlik balansını müəyyən edən geosiyasi arteriyadır. Bu yolun açılması ilə Azərbaycan həm Naxçıvanın əsas kommunikasiya məngənəsini aradan qaldıracaq, həm də Zəngəzur dəhlizi konseptini faktiki olaraq reallığa çevirmiş olacaq. Yəni, bu proses Bakının istədiyi formatda – qarşılıqlı, lakin balanslı şəkildə həyata keçirilir”.
Politoloq əlavə edib ki, Azərbaycanın güclü diplomatik xətti nəticəsində indi regionda heç bir kommunikasiya layihəsi onun iştirakı olmadan reallaşa bilmir:
“Mirzoyanın fikirləri də, əslində, bu reallığın dolayısı ilə etirafıdır. Yəni, Ermənistan artıq anlayır ki, iqtisadi nəfəs almaq istəyirsə, bunu Bakı ilə razılaşmadan edə bilməz. Erasx–Sədərək istiqamətinin açılması həm də Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki dominant mövqeyini daha da gücləndirəcək. Bu, Bakı üçün siyasi divident, iqtisadi üstünlük və strateji nüfuz deməkdir. Sonda demək olar ki, bu istiqamətin açılması regionun gələcəyi baxımından vacibdir, amma bu prosesin memarı və tənzimləyicisi Azərbaycan olacaq”.
Leyla Turan
Demokrat.az