Bir neçə gün öncə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilən general-mayor İlqar Abbasovun biabırçı görüntüsü yayılıb.
Demokrat.az xəbər verir ki, general-mayor İlqar Abbasovun İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədova medal təqdim etdiyi zaman hərbi formada olmasına baxmayaraq, qara dərili mülkü ayaqqabı geyinməsi diqqət çəkib.
Sözügedən görüntülərdə İlqar Abbasovun hərbi formada olmasına baxmayaraq, qara rəngli klassik dəri ayaqqabı geyinməsi xidmət nizam-intizamı baxımından ciddi pozuntu sayılır və bir çox hallarda intizam tənbehi ilə nəticələnə bilər. Belə ki, səhra (döyüş və ya hərbi təlim) forması üçün yalnız qalın altlıqlı, uzunboğaz və ya hava şəraitinə uyğun ayaqqabılar geyinilir.
Xatırladaq ki, ötən həftə rəis vəzifədən kənarlaşdırılan general-mayor İlqar Abbasov əvvəllər Bakı şəhərinin prokuroru olub.

Vaqif Hüseynli
Demokrat.az