Hərbi

Türkiyənin antidron sistemləri istehsal edən şirkəti Azərbaycanı tərk edir

Türkiyənin antidron sistemləri istehsal edən şirkəti Azərbaycanı tərk edir

Türkiyənin "Boğaziçi Savunma Teknolojileri Ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1806707111) ləğv olunduğunu elan edib.

Demokrat.az xəbər verir ki, elanda kreditorlardan iki ay ərzində tələblərini Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, Türkiyə şirkətinin filialı Azərbaycanda 2024-cü ildə vergi qeydiyyatına alınıb və filiala Məmmədov Anar Elman oğlu rəhbərlik edib. Şirkətin hüquqi ünvanı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ev 717-də yerləşib.

Məlumat üçün bildirək ki, Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən, pilotsuz uçuş aparatlarının (PUA/Drone) aşkarlanması, təqibi və məhv edilməsi (antidron) sistemləri, həmçinin avtomatik yanğınsöndürmə texnologiyaları istehsal edən qabaqcıl müdafiə sənayesi şirkətidir. Ölkə mətbuatında yer alan məlumatlarda qeyd olunub ki, "Boğaziçi Savunma" şirkəti Azərbaycana yeni antidron sistemləri ixrac edib. (Yeniavaz.com)